“Euromoney” ardıcıl beşinci ildir ki, “AccessBank”ı Azərbaycanın ən yaxşı bankı adına layiq görüb

“Euromoney” ardıcıl beşinci ildir ki, “AccessBank”ı Azərbaycanın ən yaxşı bankı adına layiq görüb
# 18 iyul 2014 14:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov, Pərviz Nuriyev – APA-Economics. “AccessBank Londonda “Euromoney” Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. Bank artıq beşinci ildir ki, bu mükafatı qazanır.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan “Euromoney” mükafatı dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur. Mükafat bankın nəticələri, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin müşahidələri nəticəsində əldə olunan məlumatlar əsasında təqdim edilir.

“AccessBank”ın Baş Meneceri Michael Hoffmann “Euromoney” kimi nüfuzlu maliyyə nəşriyyatı tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülməyi bank üçün böyük nailiyyət adlandırıb: “Bu, bankın komandasının öz işinə olan sadiqliyin və gərgin əməyin göstəricisidir. Eyni zamanda, mən bütün Azərbaycan üzrə minlərlə müştərilərimizə bizə göstərdikləri etimada və sadiqliyə görə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, “Euromoney” qrupuna, maliyyələşdirmə və bankçılıq üzrə ixtisaslaşan 100-ə yaxın müxtəlif şirkət daxildir. Şirkətin əsasını qoyan "Euromoney" jurnalı 1969-cu ildən etibarən qrup tərəfindən nəşr edilir.

Xatırladaq ki, “AccessBank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidən Qurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, “LFS Financial Systems GmbH” adlı Alman konsaltinq şirkəti və “AccessHoldinq” tərəfindən yaradılıb.

“AccessBank” mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan bankda 2000-dən artıq əməkdaş çalışır. “FitchRatings” agentliyi “AccessBank”ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR