Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib.
APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X”-də bildirib.
Səfirin sözlərinə görə, Dnepropetrovsk və Kiyev vilayətlərindən olan daha 30 uşaq Azərbaycana gəlib.
Diplomat qeyd edib ki, müharibə başlayandan sonra indiyədək ümumilikdə 722 ukraynalı uşaq Azərbaycanda reabilitasiyadan keçib.
Yuriy Husyev uşaqlara göstərilən qayğıya və həmrəyliyə görə Azərbaycana dərin təşəkkürünü bildirib.