Gəncə sakini evlənmək məqsədi ilə qaçırdığı qadını boğub

Gəncə sakini evlənmək məqsədi ilə qaçırdığı qadını boğub
# 09 oktyabr 2014 09:58 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 9-da Ağcabədi rayonunun Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub.

İlkin araşdırmalar zamanı S. Əliyevanın oktyabrın 8-də Gəncə şəhərindən həmyerlisi Aydın Qasımov tərəfindən evlənmək məqsədi ilə oğurlanaraq Hacıbədəlli kəndinə aparılması və aralarında baş vermiş münaqişə zəminində onun tərəfindən boğulması müəyyən edilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Qasımov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR