Mikayıl Cabbarovun vətəndaşların qəbulu vaxtında dəyişiklik olunub

Mikayıl Cabbarovun vətəndaşların qəbulu vaxtında dəyişiklik olunub
# 19 sentyabr 2014 10:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil naziri Mikayıl Cabbarovun sentyabrın 22-də Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib.

Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib. Belə ki, təhsil naziri Mikayıl Cabbarov sentyabrın 29-da, saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 24, 25 və 26 sentyabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd olunub ki, 17, 18 və 19 sentyabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng edərək və ya “Elektron müraciət” bölməsi vasitəsilə 22 sentyabr tarixinə nəzərdə tutulmuş qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar 29 sentyabr tarixində qəbul ediləcəklər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR