Avropa Birliyi liderləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini dəstəkləyib

Avropa Birliyi liderləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini dəstəkləyib
# 17 iyul 2014 00:57 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sammitin yekun bəyanatında qeyd olunub.

AB ölkələrinin liderləri Avropa Komissiyasına transsərhəd təmaslar və vətəndaş cəmiyyətinin proqramları istisna olmaqla Rusiya ilə əməkdaşlığı nəzərdə tutan proqramların yenidən baxılması və dayandırılması ilə bağlı müraciət edib.

“AB Şurası Komissiyaya AB-Rusiya əməkdaşlığı proqramlarını yenidən nəzərdən keçirərək hər bir hal üzrə AB ilə ikitərəfli və regional əməkdaşlıq proqramların icrasının dayandırılmasına dair ayrıca qərar verməyi tapşırıb”, deyə sənəddə bildirilir.

Mənbənin məlumatına görə, AB liderləri həmçinin Avropa Sərmayə Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Rusiyada həyata keçirilən proqramların dayandırılmasına dair təklifi də dəstəkləyiblər.

Bundan başqa, Şura AB ölkələrinin səfirlərinə iyulun sonunadək yeni sanksiya siyahısını hazırlamağı tapşırıb. Bu siyahıya genişləndirilmiş meyarlar əsasında Rusiyanın yeni şirkətləri və vətəndaşları daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR