Rusiya XİN başçısı: "Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı "Normandiya formatı" danışıqlarının vaxtı çatıb”

Rusiya XİN başçısı: "Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı "Normandiya formatı" danışıqlarının vaxtı çatıb”
# 19 mart 2015 15:39 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı "Normandiya formatı" danışıqlarının vaxtı çatıb".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iraqlı həmkarı İbrahim Cəfəri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Hesab edirəm ki, "Normand formatı"nda danışıqların vaxtı çatıb. Fransa və Almaniya xarici işlər nazirlərinə vəziyyətin yenidən gərginləşməməsi üçün təcili olaraq birgə addımların atılması təklifi ilə müraciət etmişəm", - deyə Rusiya XİN başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR