Bakıda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb

Bakıda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb
# 13 noyabr 2014 08:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda ağır yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 12-də saat 17:00 radələrində, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində, Buzovna-Maştağa yolunda 1963-cü il təvəllüdlü Nofəl Qurbanovun idarə etdiyi “Lexus” markalı, 1974-cü il təvəllüdlü İltifat Eyvazovun idarə etdiyi “Mercedes” markalı, və 1954-cü il təvəllüdlü Toğrul İbrahimovun idarə etdiyi VAZ -2106 markalı avtomobillər toqquşub, nəticədə T.İbrahimov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR