Cəlilabadda evin damında köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib

Cəlilabadda evin damında köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib
# 03 oktyabr 2015 20:57 (UTC +04:00)

Bakı-APA. Cəlilabad rayonunda ikimərtəbəli fərdi yaşayış evinin damında 1 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR