Nazir müavini və həyat yoldaşının yaralanması ilə nəticələnən yol qəzası törədən sürücünün şikayəti əsasında məhkəmə başlayıb

Nazir müavini və həyat yoldaşının yaralanması ilə nəticələnən yol qəzası törədən sürücünün şikayəti əsasında məhkəmə başlayıb
# 03 iyun 2015 15:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Tural Rəhimovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası iyunun 8-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin mayında baş verib. Bakının Nizami rayonu, Heydər Əliyev prospektində Tural Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və prospektlə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt "Jiquli" qarşıdan gələn, 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobildə olan iki sərnişin ölüb, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də “Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Rəhimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, F. Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR