Tailandda bərə yanaraq batıb, 12 yaşlı qız itkin düşüb

Tailandda bərə yanaraq batıb, 12 yaşlı qız itkin düşüb
# 08 aprel 2015 18:25 (UTC +04:00)

Bakı – APA. Tailandın cənubunda Pxuket adası və Krabi əyaləti arasında üzən bərə yanaraq batıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 12 yaşlı İsrailli qız itkin düşüb, 114 nəfəri xilas etmək mümkün olub.

Bərənin sahildən 10 km aralıda batdığı bildirilir. Yaxınlıqdakı turist və balıq qayıqları hadisə yerinə özlərini çatdıraraq insanları xilas ediblər.

“İtkin düşmüş 12 yaşlı qızdan başqa bərənin bütün sərnişinləri Pxuket adasına qaytarılıb”, deyə Krabi əyalətinin sahil mühafizəsinin nümayəndəsi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR