DSX-nin Xanoba sərhəd zastavasının açılışı olub - FOTOSESSİYA

DSX-nin Xanoba sərhəd zastavasının açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 08 avqust 2014 10:05 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yeni inşa olunan Xanoba sərhəd zastavası kompleksinin açılışı olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində DSX-nin rəisi, general-leytenant Elçin Quliyev, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev də iştirak edib.

Kompleksdə şəxsi heyət üçün yüksək səviyyələri xidməti döyüş şəraiti yaradılıb. Burda əsgərlər üçün lazımı məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, zabit və gizirlər üçün mebel avadanlıqları ilə təchiz edilmiş yaşayış evləri, idman meydançaları, maşınların texniki sazlığını yoxlanması və təmiri üçün qarajlar və digər tikililər var.

E. Quliyev zastavada yaradılan şəraitlə tanış olub. DSX rəisi Ali Baş Komandanın diqqəti nəticəsində dövlət sərhəd xidmətinin inkişaf etdiyini və təkmilləşdiyini deyib: “Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin daha etibarlı qorunması təmin olunub”.

Hərbçilər qarşısında çıxış edən E.Quliyev Azərbaycan sərhəd xidmətinin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “Bu inkişaf indi də prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Ali Baş Komandan sərhəd mühafizəsinə xüsusi qayğı və dəstək göstərir. Biz də bu dəstəkdən və qayğıdan yararlanaraq çalışırıq ki, bütün yerlərdə belə abad komplekslər yaransın. Şəxsi heyət bu komplekslərsə xidməti fəaliyyətini yüksək səviyyədə quraraq Vətənimizə xidmət eləsin”.

Tədbirin sonunda xidmətdə fərqlənən sərhədçilərə hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR