AZAL və FHN birgə təlim keçirib - VİDEO

AZAL və FHN birgə təlim keçirib - <span style="color: red;">VİDEO
# 28 aprel 2015 14:04 (UTC +04:00)

AZAL-ın Xidmət rəisi Məhərrəm Səfərli “APA-Economics”ə bildirib ki, təlim tərtib olunmuş Birgə Təlimlər Planına əsasən keçirilib və təlimin mövzusu “Qəza enişi zamanı yanan hava gəmisinin söndürülməsi və qəza-xilasetmə işlərinin həyata keçirilməsi” olub.

"Təlimdə 10 ədəd müasir yanğınsöndürən maşın, 120-dən çox canlı qüvvə, 30-a yaxın xüsusi texniki vasitə, xüsusi xilasetmə işləri komandası və təcili tibbi yardım maşınları iştirak edib. Təlimin keçirilməsi zamanı ortaya qoyulan məqsədə və hava gəmisinin qəza enişi zamanı ortaya çıxan problemlərinin aradan qaldırılması vərdişlərinin daha da artırılmasına nail olunub", - deyə AZAL rəsmisi bildirib.

M. Səfərlinin əlavə edib ki, bu cür birgə təlimlərin gələcəkdə də mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR