ABŞ İran körfəzində irimiqyaslı təlimlər keçirəcək

ABŞ İran körfəzində irimiqyaslı təlimlər keçirəcək
# 09 aprel 2013 04:50 (UTC +04:00)

Bakı-APA. ABŞ İran körfəzində dəniz infrastrukturunun minadan təmizlənməsi və müdafiəsi üzrə yeni iri beynəlxalq təlimlər keçirəcək. Məlumata əsasən, təlimlərdə 30-dan artıq ölkənin hərbçiləri iştirak edəcəklər.

Bazası Bəhreyndə olan ABŞ HDD-nin 5-ci donanmasının mətbuat xidmətinin bildirdiyinə görə, təlimlər «beynəlxalq (dəniz) ticarətinin müdafiəsinə dair müdafiə əməliyyatlarının geniş spektrini əhatə edəcək». Manevrlər mayın 6-30-da Bəhreyndə və İran körfəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR