Bakıda şirkətdən yarım milyon dollara yaxın pul oğurlayan şəxs tutulub - VİDEO

Bakıda şirkətdən yarım milyon dollara yaxın pul oğurlayan şəxs tutulub - <span style="color: red;">VİDEO
# 26 avqust 2015 10:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda şirkətdən yarım milyon dollara yaxın pul oğurlayan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 000 ABŞ dolları olan seyfi oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ə.Əhmədov tutulub, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR