BDU-da Elmi Şuranın növbəti iclası keçirilib - FOTO

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib - <span style="color: red;">FOTO
# 08 aprel 2015 12:59 (UTC +04:00)

Bakı - APA. Bu gün BDU Elmi Şurasının növbəti iclası keçirilib. APA-nın məlumatına görə, AMEA-nın Rəyasət Heyəti üzvləri, ali təhsil müəssisələrinin rektorları, BDU Elmi Şurasının üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclasda universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirib. Rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb

İclasda 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadənin hesabatı dinlənilib. Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 127 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat labora­to­ri­yasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. Ötən il BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 197 mövzu üzrə 1071 elmi iş yerinə yetirilib. Hesabat ilində Universitetdə fəaliyyət göstərən Dissertasiya Şuralarında 113 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 61 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə edib. Ümumiyyətlə BDU əməkdaşları, doktorantı və dissertantları tərəfindən müxtəlif ixtisaslar üzrə 13 elmlər doktoru və 89 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

Hesabat ilində Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 59 monoqrafiya, 74 kitab, 81 dərslik, 127 dərs vəsaiti, 2567 məqalə, o cümlədən 1952 məqalə respublikada, 615 məqalə xaricdə, 1321 tezis, o cümlədən 721 tezis respublikada, 600 tezis xaricdə, 28 metodik göstəriş, 404 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 25 doktorluq və 169 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik edib. 17 doktorluq və 109 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy veriblər.

BDU əməkdaşları tərəfindən 14, o cümlədən BDU-nun sahibliyi ilə 8 patent alınıb.

Professor 2014-cü ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib.

Bildirilib ki, Bakı Dövlət Universitetində 2007-ci ildən «Gənc istedadlar» liseyi fəaliyyət göstərir. Beş buraxılış üzrə liseyi 179 şagird bitirib və onların hamısı nüfuzlu ali məktəblərə (o cümlədən 44-ü BDU-ya) daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR