Sabah Bakının bəzi küçələrinə içməli suyun verilişi məhdudlaşdırılacaq

Sabah Bakının bəzi küçələrinə içməli suyun verilişi məhdudlaşdırılacaq
# 22 oktyabr 2014 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının bir neçə küçəsində içməli suyun verilişi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində 500 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar oktyabrın 23-də Ruhulla Axundov, Füzuli, 28 may, Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə içməli su gün ərzində məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR