TRACECA çərçivəsində dəniz nəqliyyatı ilə daşımalar artıb

TRACECA çərçivəsində dəniz nəqliyyatı ilə daşımalar artıb
# 14 iyul 2016 11:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2016-cı ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 19 mln. 810 min ton, yük dövriyyəsi isə 3 mlrd. 831,2 mln. ton/km olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 12,650 mln. tonu və ya 63,8%-i avtomobil nəqliyyatı, 5 mln. 345,9 min tonu və ya 27%-i dəmir yolu nəqliyyatı, 1 mln. 814,1 min tonu və ya 9,2%-i dəniz nəqliyyatı ilə daşınıb. Xatırladaq ki, may ayında yüklərin 10 mln. 90,7 min tonu və ya 64,2%-i avtomobil nəqliyyatı, 4 mln. 233,2 min tonu və ya 27%-i dəmir yolu nəqliyyatı, 1 mln. 383,5 min tonu və ya 8,8%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,6%-ini (may ayı ilə müqayisədə 0,2% artım) və ya 2,890 mln. tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR