APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Mali ordusunun rəsmi nümayəndəsi Suleyman Maiqa bəyan edib.
Onun sözlərinə görə, girovlar hotelin içindəki nömrələrin birində saxlanılır. Dəqiqləşdirilmiş məlumata əsasən, atışma nəticəsində 5 hərbçi həlak olub, 3 silahlı məhv edilib.
***
20:41
Bakı-APA. Malinin Sevar şəhərində naməlum silahlıların hotelə hücumu nəticəsində 4-ü hərbçi olmaqla 7 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 2 silahlının məhv edildiyi bildirilir.
Hazırda hotel yerləşən ərazi hərbçilər tərəfindən əhatəyə alınıb. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.