Şamaxıda qadın həyat yoldaşını bıçaqlayıb

Şamaxıda qadın həyat yoldaşını bıçaqlayıb
# 14 aprel 2013 13:15 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Cabanı kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Mehparə Qəribova aralarında baş vermiş mübahisə zamanı həyat yoldaşı, 1971-ci il təvəllüdlü Nizami Dərvişovun bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq xəsarəti yetirib.

Nizami Dərvişov ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR