ABŞ-da avtobusun yük maşını ilə toqquşması nəticəsində 27 nəfər xəsarət alıb

ABŞ-da avtobusun yük maşını ilə toqquşması nəticəsində 27 nəfər xəsarət alıb
# 06 noyabr 2014 18:55 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Nyu York ştatının Sirakyus şəhəri yaxınlığında turistlərlə dolu avtobus yük maşını ilə toqquşub. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 27 nəfər xəsarət alıb.

Qəzanın səbəbi hələlik müəyyənləşdirilməyib. Məlumata görə, Torontodan Nyu Yorka hərəkət edən avtobus yol kənarında dayanmış yük maşınına çırpılıb. Yük maşının sürücüsü yolda baş vermiş digər qəzanın iştirakçılarına yardım etmək məqsədilə maşını saxladığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR