İranın rabitə və texnologiyalar naziri Azərbaycana səfər edəcək

İranın rabitə və texnologiyalar naziri Azərbaycana səfər edəcək
# 23 iyul 2014 10:21 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. İran İslam Respublikasının rabitə və texnologiyalar naziri Mahmud Vaizinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 4-də Bakıya səfər edəcək.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan-İran hökumətlərarası komissiyanın həmsədri olan M.Vaizi Bakıda Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, eləcə də bir sıra yüksək vəzifəli şəxslərlə görüşəcək.

Səfir qeyd edib ki, Ə. Abbasovun iyulun əvvəlində Tehrana səfəri zamanı müzakirə olunan bütün mühüm məsələlər birgə komissiyanın Bakıdakı iclası zamanı gündəmdə olacaq, ikitərəfli əməkdaşlığın rabitə və informasiya texnologiyaları sahəsində inkişafına xüsusi diqqət yetiriləcək: “Birgə əməkdaşlığımız üçün əhəmiyyət daşıyan digər məsələlər də müzakirə mövzusu ola bilər. Müəyyən sazişlərin imzalanması da gözləniləndir”.

Diplomat bildirib ki, İran nümayəndə heyətinin Bakıya səfəri 3 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR