Tovuz. Azər Məmmədli – APA. Tovuzda 17 gün əvvəl qəzaya düşən sürücü xəstəxanada dünyasını dəyişib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, iyunun 1-də Tovuz şəhərində idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən maşını hasara çırpan sürücü, rayon sakini, 1984-cü il təvəllüdlü Nuriyev Fəyyaz Vaqif oğlu Tovuz rayon Mərkəzi rayon xəstəxanasında ölüb.
Məlumata görə, ağır kəllə beyin travması alan F. Nuriyev başından əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.