Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 23 oktyabr 2014 08:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qətl hadisəsi törətməkdə təqsirləndirilən Hüseynağa Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası isə oktyabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə palatada siqaret çəkmək üstündə baş verib. Belə ki, 1952-ci il təvəllüdlü Mail Hüseynov palatada siqaret çəkib və bunun üstündə 1946-cı il təvəllüdlü Hüseynağa Cəlilovla mübahisəsi yaranıb. Mübahisə nəticəsində Hüseynağa Cəlilov Mail Hüseynova bıçaqla vurub. Zərbə onun ürək nahiyəsinə dəydiyindən, Mail Hüseynov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR