Nazir müavini: “Mobil rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün Bakıda test yoxlamalara başlanılıb”

Nazir müavini: “Mobil rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün Bakıda test yoxlamalara başlanılıb”
# 17 noyabr 2014 14:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda mobil rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün Bakı şəhərində test yoxlamalara başlanılıb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın monitorinq şirkətlərindən biri Azərbaycana test üçün dəvət olunub: “Mobil operatorların xidmətlərinin keyfiyyəti ilə bağlı Bakının mərkəzi küçələrində və qəsəbələrində araşdırmalar aparılıb. Operatorların bir-birinə yığımlar təşkil etməsi, internetin sürəti və mesajların göndərilməsi və gec çatmasında qüsurlar aşkar olunub. Bu qüsurlar Azərbaycanda hər üç operatorda ayrı-ayrı sahələrdə müəyyən olunub. Qüsurların aradan qaldırılması ilə məqsədi ilə operatorların hər birinə nazirlik tərəfindən xəbərdarlıq olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR