İndoneziya və Filippində zəlzələ olub

İndoneziya və Filippində zəlzələ olub
# 06 dekabr 2014 02:24 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Şimali Molukka əyalətinin Xalmaxera adasından 122 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.

Dekabrın 6-a keçən gecə daha bir zəlzələ Filippinin cənub sahillərində qeydə alınıb. 4,5 bal gücündə baş verən zəlzələnin episentri Qərbi Davao əyalətinin Saranqani şəhərindən 351 km cənub-şərqdə, ocağı isə 118 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR