İntiqam Əliyev ifadə verməkdən imtina edib - YENİLƏNİB

İntiqam Əliyev ifadə verməkdən imtina edib - <span style="color: red;">YENİLƏNİB
# 03 fevral 2015 13:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkilləri zərərçəkmiş Gülşən Orucovanın bank hesabına köçürülmüş pulun hesabdan çıxarılıb-çıxarılmamasının araşdırılması barədə vəsatət veriblər.

Lakin məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Bundan sonra İ. Əliyevə ifadə vermək təklif olunub.

İ. Əliyev müdafiəsinə şərait yaradılmadığını əsas gətirərək, ifadə verməkdən imtina edib.

Məhkəmə baxışı fevralın 19-da davam etdiriləcək.

***

saat 13:15

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hakim İntiqam Əliyevin vəkillərinin yanında əyləşməsi barədə göstəriş verib. Bundan sonra İ. Əliyev vəkillərinin yanında oturub.

Daha sonra vəkillər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Vəkil Cavad Cavadlı İ. Əliyevin qapalı yerdə məhkəməyə gətirildiyini, hər dəfə vəziyyətinin pisləşdiyini, bununla bağlı məhkəmənin Penitensiar Xidmətə müraciət etməsini istəyib.

Hakim məhkəmənin bu müraciəti edəcəyini deyib.

Daha sonra prosesdə audio, video yazılışlın aparılması, istintaq zamanı İ. Əliyevin ofisində, evində götürülən sənədlərin geri qaytarılması barədə vəsatətlərə baxılıb.

Məhkəmə birinci vəsatəti təmin etməyib, ikincini isə qismən təmin edib, bəzi sənədlərin

geri qaytarılmasına etiraz etməyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR