Milli geyimlərin təbliğinə həsr olunan “Əsrlərin yaddaşı” layihəsi başa çatıb

Milli geyimlərin təbliğinə həsr olunan “Əsrlərin yaddaşı” layihəsi başa çatıb
# 29 may 2015 09:50 (UTC +04:00)

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, layihənin məqsədi “Bakı-2015” I Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimləri, xalq sənətinin növlərindən olan xalçaçılıq, zərgərlik, kəlağayı kimi milli tarixi və mədəni dəyərlərinin real və virtual aləmdə təbliğidir.

Layihə çərçivəsində çəkilmiş promovideoda Azərbaycan milli geyimləri, xalçası, kəlağayı, zinyət əşyaları, suvenir kuklaları və şirniyyatı arasında olan əlaqələr təsvir ediləcək.

“Əsrlərin yaddaşı” promovideosunun təqdimatı iyunun 4-də Muğam Klubunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR