Türkmənistan Xəzərdə hidrometeoroloji sahədə əməkdaşlıqla bağlı sazişi ratifikasiya edib

Türkmənistan Xəzərdə hidrometeoroloji sahədə əməkdaşlıqla bağlı sazişi ratifikasiya edib
# 31 oktyabr 2015 07:37 (UTC +04:00)

Bakı - APA. Türkmənistan parlamenti Xəzər dənizində hidrometeoroloji sahədə əməkdaşlıqla bağlı Sazişi ratifikasiya edib.

APA-nın Türkmənistan KİV-ə istinadən verdiyi xəbərə görə, sənəd Xəzər dənizinin vəziyyəti ilə bağlı vahid kompleks sistemin yaradılmasını və gələcəkdə inkişaf etdirilməsini nəzərdə tutur. Saziş imza atan ölkələrin nümayəndələri bununla bağlı fikir və informasiya mübadiləsi aparacaq.

Qeyd edək ki, sənəd ötən ilin sentyabrında Həştərxanda keçirilən Xəzəryanı ölkələrin liderlərinin Sammiti çərçivəsində imzalanıb. Tədbirdə Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR