Tovuz rayonunda sərnişin avtobusu qoyun sürüsünə girib

Tovuz rayonunda sərnişin avtobusu qoyun sürüsünə girib
# 30 sentyabr 2015 06:56 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dönük Qırıqlı kəndi ərazisində Gürcüstandan Bakıya sərnişin daşıyan “Mercedes” markalı avtobus yolda qoyun sürüsünü vurub. Qəza zamanı sürüdə bir xırda buynuzlu heyvan ölüb, biri isə yaralanıb. Avtobusun sürücüsü və sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR