SOCAR: Azərbaycan qazını digər ölkələrə nəql etmək üçün "Nabucco" kəmərindən də istifadə etmək olacaq

SOCAR: Azərbaycan qazını digər ölkələrə nəql etmək üçün "Nabucco" kəmərindən də istifadə etmək olacaq
# 11 mart 2015 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın 2,550 trln. kubmetrə qədər kəşf edilmiş, 6 trln. kubmetr isə proqnozlaşdırılmış qaz ehtiyatı var.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

"Bizim "Ümid" yatağında 200 mlrd. kubmetr, "Abşeron" yatağında isə 350 mlrd. kubmetr ehtiyat var", - deyə X. Yusifzadə bildirib.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" yataqlar blokundan 359,5 mln. ton neft və 105,5 mlrd. kub metr səmt qazı hasil edilib. "Gündəlik olaraq bu yataqdan 88 min ton neft və 35 mln. kubmetr qaz hasil edilir", - deyə o qeyd edib.

X. Yusifzadə bildirib ki, Azərbaycanın payına düşən gəlir neftinin 196 mln. tonu satılıb.

Onun sözlərinə görə, "Şahdəniz" yatağı istifadəyə veriləndən 2014-cü ilin sonuna qədər 60 mlrd. kubmetr qaz və 15 mln. ton kondensat qazı hasil edilib: "Bunun 32 milyard kubmetri Türkiyəyə, 4,5 milyard kubmetri Gürcüstana satılıb".

"Prezidentin dediyini bir daha təkrar etmək istəyirəm ki, Azərbaycan qazının nəqli üçün "Nabucco" kəmərindən də istifadə etmək olacaq", - deyə vitse-prezident əlavə edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR