Gəncədə qanunsuz lotereya oyunlarının keçirildiyi yer aşkarlanıb

Gəncədə qanunsuz lotereya oyunlarının keçirildiyi yer aşkarlanıb
# 15 oktyabr 2014 14:56 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə çay evində qanunsuz lotereya oyunlarının keçirildiyi aşkarlanıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 1987-ci il təvəllüdlü Yasin Məmmədova məxsus, şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən çay evində qanunsuz lotereya oyunlarının təşkil edilməsi üzə çıxıb.

Araşdırma zamanı müəyyən edilib ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Vüsal Bəşirov çay evini Y. Məmmədovdan gününə 12 manata kirayəyə götürüb və orada qanunsuz lotereya oyunları təşkil edib. Çay evinə baxış zamanı oradan üzərində “Golden-Kend” sözləri yazılmış müxtəlif məbləğlərdə oyunçulara verilmiş oyun çekləri, müxtəlif məbləğlərdə uduş çekləri, kassadan 74 manat pul, qəbzləri çap edən “Lpos” markalı aparat, oyunun idarə olunması üçün 1 ədəd LG markalı televizor və 1 ədəd “Toshiba” markalı notbuk aşkarlanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR