Rusiyada hərbi poliqonda yanğın tam söndürülüb - YENİLƏNİB

Rusiyada hərbi poliqonda yanğın tam söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 20 iyun 2016 13:23 (UTC +04:00)

Bakı – APA. Rusiyada hərbi poliqonda baş vermiş yanğın tam söndürülüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunub ki, poliqonda olan şəxsi heyət təxliyə edilməyib.

*** 13.04

Bakı – APA. Rusiyada hərbi poliqonda yanğın baş verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Həştərxan vilayətində yerləşən Aşuluk poliqonunda qeydə alıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hazırda raket sürətləndiriciləri yanır. Həmin qurğular S-75 zenit raketlərinin mühərrikləri üçün nəzərdə tutulur.

Yaxınlıqdakı hərbi şəhərcikdən 500 nəfər, poliqondan isə 76 nəfər təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR