AİŞ-in Rusiya şirkətləri ilə birgə yaradacağı əczaçılıq kompleksinin dəyəri açıqlanıb

AİŞ-in Rusiya şirkətləri ilə birgə yaradacağı əczaçılıq kompleksinin dəyəri açıqlanıb
# 20 iyun 2016 12:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "R-Farm" qrupu, onun tərəfdaşı olan "Vita-A" və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) Azərbaycan ərazisində əczaçılıq kompleksinin tikintisi ilə bağlı memorandum imzalayıblar.

"APA-Economics" xəbər verir ki, layihənin reallaşması ilə birgə yaradılan "Həyat Farm" müəssisəsi məşğul olacaq. Birgə müəssisənin 45% Rusiya şirkətin, 55%-i isə "Vita-A" şirkətinə məxsusdur. Gələcəkdə "Vita-A" şirkətinin müəssisədəki 10%-i AİŞ-ə keçəcək.

Kompleksə istehsal, laborator və logistika bloklarından ibarətdir. Burada onkoloji, gematoloji, autoimmun endokrin, SPİD, hepatit kimi xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərmanlar istehsal olunacaq.

Layihənin ümumi dəyəri 70 mln. avrodur. Gəlirin necə bölüşdürüləcəyi açıqlanmır.

Müəssisə 2019-cu ildə tam gücü ilə çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR