Arif Hacılının müşavirlərinin sayı 12-yə çatıb

Arif Hacılının müşavirlərinin sayı 12-yə çatıb
# 04 mart 2015 13:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyasının başqanı Arif Hacılı özünə daha 2 müşavir təyin edib.

Partiyadan APA-ya verilən məlumata görə, A. Hacılının imzaladığı sərəncama əsasən, Müsavat Partiyası Abşeron rayon təşkilatının üzvü Sevda Laçınlı (Səfərəliyeva) və Şərur rayon təşkilatının üzvü Əjdər Cəfərbəyli Müsavat Partiyası başqanının müşaviri təyin edilib.

Son təyinatla A. Hacılının müşavirlərinin sayı 12-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR