“Bank VTB (Azərbaycan)” dollarla olan kreditlərin ödəniş prosesini sadələşdirir

“Bank VTB (Azərbaycan)” dollarla olan kreditlərin ödəniş prosesini sadələşdirir
# 14 aprel 2015 15:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” dollarla olan kreditlərin ödənişini sadələşdirmək və borcalanın maliyyə yükünü azaltmaq məqsədilə bir sıra tədbirlər həyata keçirir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müştərinin istəyindən asılı olaraq, bank müştərilər üçün fərdi ödəniş qrafikləri təqdim etməyə və kredit müddətini artırmağa hazırdır. Bu tədbirlər manat ekvivalentində aylıq ödənişləri əvvəlki səviyyədə saxlamağa imkan verəcək.

“Biz müştərilərimizin qarşılaşdığı çətinlikləri nəzərə alırıq və borclarının ödənilməsi üçün əlverişli şərait yaratmağa çalışırıq. Biz müştərilər üçün güzəştə gedib onların kredit ödənişlərini asanlaşdırmağa hazırıq. Bank VTB (Azərbaycan) müştərilərinə qiymət verir və çətin şəraitdə onlara dəstək olmağa hazırdır”, - deyə, “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Dollarla olan kreditlərin aylıq ödənişində çətinliklə qarşılaşan müştərilər “Bank VTB (Azərbaycan)”ın istənilən filialına yaxınlaşa və ya 986 nömrəsi ilə bankın mütəxəssislərindən əlavə məsləhət ala bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR