Göygöldə yol qəzası baş verib, xəsarət alan var - VİDEO

Göygöldə yol qəzası baş verib, xəsarət alan var - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2015 19:32 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə Şəmkir yolunun Göygöl rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Opel” markalı avtomobillə “QAZ 24” markalı avtomobilin toqquşması nəticəsində “Opel” də olan sərnişin, Goranboy rayon Cinli Boruslu kənd sakini, 1990-cı il təvəllüdlü Nərgiz Hüseynova xəsarət alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR