Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilk “Məlumat mübadiləsi saatı” keçirilib - FOTOSESSİYA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilk “Məlumat  mübadiləsi saatı” keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 09 iyul 2014 11:34 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı”nın ilk iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Səlim Müslümov iclası giriş sözü ilə açaraq, belə tədbirlərin nazirliyin struktur bölmələri arasında yeni layihə və texnologiyaların tətbiqi, qazanılmış beynəlxalq təcrübələr barədə qeyri-formal bilik və məlumatların mübadiləsinə xidmət etdiyini vurğulayıb.

S. Müslümov bu məqsədlə nazirliyin strukturuna daxil olan qurumların, zəruri hallarda strukturuna daxil olmayan, tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri və işçiləri üçün ayda bir dəfədən az olmayaraq “Məlumat mübadiləsi saatı”nın keçiriləcəyini diqqətə çatdırıb: “Hər bir belə iclasda nazirliyin bu və ya digər fəaliyyət sahəsi üzrə yeni bilik və informasiyaların mübadiləsi aparılacaq, həmçinin yeni işlərə dair təqdimatlar olacaq. Keçirilən iclaslar protokollaşdırılacaq və hər iclasın yekun materialları nazirliyin rəsmi internet səhifəsində də yerləşdiriləcək”.

Daha sonra “Məlumat mübadiləsi saatı”nın ilk iclasında nazirliyin beynəlxalq əməkdaşlığına dair təqdimat olub. İclas zamanı cari ilin may-iyun aylarında beynəlxalq tədbirlərdə iştirak məqsədilə ayrı-ayrı ölkələrə edilmiş səfərlərin, habelə xaricə təcrübə və təlim səfərlərinin nəticələri barədə məlumatlar verilib. İclas nazirliyin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti, bu sahədə qarşıda duran vəzifələrlə bağlı fikir mübadilələri şəraitində davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR