“Baku Fires” ABŞ-ın “USA Knockouts” klubunu 5-0 hesabı ilə məğlub edib

“Baku Fires” ABŞ-ın “USA Knockouts” klubunu 5-0 hesabı ilə məğlub edib
# 11 aprel 2015 19:24 (UTC +04:00)

Belə ki, Albert Səlimov bu görüşdə qələbə qazanıb, 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Olimpiadasına vəsiqəni təmin edib. Onun rəqibi bu mövsüm 3 görüşü məğlubiyyətsiz bitirən və reytinqdə 7-ci yeri tutan Balderas olub.

Murad Rabadanov – Brent Riçard Veneqası, 60 kq-da Albert Səlimov – Karlos Balderası, Pərviz Bağırov - Brayan Keballonu (69 kq), Mixail Dalqalivets – Stiv Nelsonu (81 kq) məğlub edib.

91 kiloqramdan yuxarı çəki dərəcəsində Haci Murtuzəliyev və Kam Avesome arasında nəzərdə tutulan döyüş keçirilməyib. Belə ki, rəqib ölkəmizə gələ bilmədiyindən “Baku Fires” təmsilçisinə texniki qələbə verilib.

Boksçularımız ümumi hesabda 5-0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

“Baku Fires” ötən mövsüm Dünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci yerə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR