Gəncədə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

Gəncədə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var
# 24 iyul 2016 22:13 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə zəncirvarı yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 24-də şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

“VAZ 2107”, “Mercedes” markal minik avtomobili və “Mercedes” markal mikroavtobusun toqquşması nəticəsində “VAZ”-da olan 2 qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 1989-cu il təvəllüdlü Şəhla Məmmədovanın vəziyyətinin orta ağır olduğu bildirilir. Digər qadına ilkin tibbi yardım göstərilib, o, ambulator müalicə almaq üçün evə buraxılıb

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR