Putin və Poroşenko arasında görüş başa çatıb

Putin və Poroşenko arasında görüş başa çatıb
# 26 avqust 2014 22:39 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin və Poroşenko arasında təkbətək görüş 2 saatadək davam edib.

“Görüş başa çatıb”, deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, danışıqların yekunlarına dair heç bir şərh verməyib.

Qeyd edək ki, bundan əvvəl, Gömrük İttifaqı – AB – Ukrayna formatında keçirilmiş görüşdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə bildirib ki, Rusiya və Ukrayna prezidentləri aktual məsələlərin müzakirəsi üçün təkbətək görüşün keçirilməsinə razılıq veriblər. Onun sözlərinə görə, Putin və Poroşenko görüşün yekunları dair jurnalistlərə açıqlama verəcəklər.

Peskov bir qədər əvvəl açıqlamasında bildirib ki, görüşdə Ukraynanın daxilindəki böhran, qaçqınların problemi, humanitar yardımın çatdırılması və, bütövlükdə, Ukraynanın şərqində yaranmış humanitar fəlakət müzakirə olunacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR