Toğrul Türkeş MHP-dən xaric edilib

Toğrul Türkeş MHP-dən xaric edilib
# 05 sentyabr 2015 11:40 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, T. Türkeşin partiyadan xaric olunmağı barədə partiyanın İntizam Komitəsi qərar çıxarıb. Partiyada gizli səsvermə keçirilib və T. Türkeşin xaric olunmağına yekdilliklə qərar verilib.

Baş nazirin müavini T. Türkeş sentyabrın 4-də keçirdiyi mətbuat konfransında MHP İntizam Komitəsindən gələn tənqidlərə cavab verərkən qeyd edib ki, o, baş nazir müavini olmaqla MHP-ni iqtidar edib: “Mən partiyamı iqtidara gətirdim”.

Toğrul Türkeşin açıqlamasına cavabında MHP sədri Dövlət Bağçalı “Türkeşin kənarlaşdırılmasına görə partiya səs itirə bilmərmi” sualına bu şəkildə cavab verib: “Bir dağa bir sərçə qonsa, dağ nə qazanar, bir dağdan bir sərçə uçsa, dağ nə itirər? Heç kim özünü partiyanın qanunlarından, partiyaya könül verən insanlardan üstün saya bilməz”.

Qeyd edək ki, ötən ay T. Türkeş seçim hökumətində yer alaraq, baş nazir Əhməd Davudoğlunun müavini təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR