Bu il Ərzurumdan Azərbaycana həyata keçirilən ixracatın həcmi açıqlanıb

Bu il Ərzurumdan Azərbaycana həyata keçirilən ixracatın həcmi açıqlanıb
# 03 oktyabr 2015 08:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Ərzurum şəhərindən ən çox ixracat həyata keçirilən ölkə Azərbaycandır.

APA-Economics”in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qeyd olunan dövr ərzində Ərzurum şəhərindən Azərbaycan-Naxçıvana 5 mln. 239 min dollarlıq ixracat həyata keçirilib.

Bundan başqa, sentyabr ayında ən çox ixracat həyata keçirilən ölkələr sırasında Azərbaycan ikincidir. Belə ki, ötən ay Ərzurumdan Azərbaycana 378 min dollarlıq ixracat qeydə alınıb.

Qeyd edək ki, ixracatın çox olduğu ölkələr sırasında İraq, Gürcüstan, ABŞ, Ukrayna, Rusiya, İran və Somali var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR