Bakıda və Abşeron rayonunda bıçaqlanma hadisələri baş verib

Bakıda və Abşeron rayonunda bıçaqlanma hadisələri baş verib
# 17 sentyabr 2015 00:46 (UTC +04:00)

APA-nın məlumatına görə, həkimlər ona qarının və biləyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Əməliyyat olunan xəstənin vəziyyəti stabil qiymətləndirilir. Faktla bağlı ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə xəbər verilib. Məlum olub ki, hadisə Qara Qarayev prospektində yerləşən parklardan birində baş verib. Hazırda cinayəti törədən şəxsin axtarışları davam edir.

Gecə saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanasına da bıçaq xəsarətləri almış yaralı gətirilib. Məlum olub ki, bıçaqlanan şəxs Abşeron rayonunun Quşçuluq massivində yaşayan 26 yaşlı Sahib Qiyamət oğlu Əliməmmədovdur. Ona sol budun yuxarı 1/3-nin deşilmiş yarası diaqnozu qoyulub. Abşeron polisi faktla bağlı araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR