Müsavat funksioneri: "Müsavatın Məclis üzvlərindən 10-15-i qəsdən iclasa qatılmayıb"

Müsavat funksioneri: "Müsavatın Məclis üzvlərindən 10-15-i qəsdən iclasa qatılmayıb"
# 25 oktyabr 2014 11:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavatın Məclis üzvlərindən 10-15 nəfəri qəsdən iclasa qatılmayıb.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı deyib.

“Məclisin bəzi üzvləri bilərəkdən bugünkü iclasına qatılmayıblar. Belə olmaz. Yetərsay olsa da, səsvermədə məclisin 80-90%-i iştirak etməlidir ki, digər üzvlər də məclisə seçilə bilsin”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün partiya Məclisinin boş qalan yerlərinə və Divana seçkilər keçirilir.

Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun özü və tərəfdarlarının əksəriyyəti, o cümlədən Vurğun Əyyub iclasa qatılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR