Bakı-APA. Avqustun 11-də Vaşinqtonun Silver Sprinq qəsəbəsində çoxmərtəbəli binada qaz partlayışı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 8 nəfər itkin düşmüş sayılır.
APA-nın CBS telekanalına istinadən verdiyi məlumata görə, itkin düşənlərdən ikisi 8 və 3 yaşlı uşaqdır.
Binanın dağılma təhlükəsi xilasetmə işlərini mürəkkəbləşdirir.