Bakıda Azərbaycan və BƏƏ arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib

Bakıda Azərbaycan və BƏƏ arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib
# 17 noyabr 2014 14:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın V iclası keçirilib.

APA-Economics”in məlumatına görə, iclasda çıxış edən Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, iki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Onun sözlərinə görə, iki ölkə rəsmiləri arasında baş tutan görüşlər və səfərlər buna bariz nümunədir: “Eyni zamanda ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Bu bir daha göstərir ki, ölkələr arasında fikir və mövqedə fərq yoxdur”.

Nazir deyib ki, bu gün ölkələr arasında hüquqi bazanın yaradılması üzrə hökumətlər xeyli işlər aparılıb: “Dubay Ticarət Palatası ilk dəfə MDB ölkələri arasında ilk dəfə açılıb. Artıq Bakı-Dubay və Bakı-Əbu-Dabi əməkdaşlıq qrupu yaradılması üçün razılıq əldə olunub. O qeyd edib ki, iki ölkə arasında birgə biznes şurasının yaradılması üzrə birgə işlər gedir”.

BƏƏ-nin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mənsuri bildirib ki, o, ölkə başçısı İlham Əliyevlə görüşdən yüksək təəssüratla ayrılıb. Onun sözlərinə görə, Azərbaycanda son illər xeyli dəyişiklər olub və bu dəyişiklər onu sevindirir.

Nazir bildirib ki, 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 565,9 mln. ABŞ dolları təşkil edib. O qeyd edib ki, BƏƏ Azərbaycana böyük və çeşidli malların ixracında maraqlıdır: “Biz Azərbaycanın bərpa olunan enerji və kənd təsərrüfatı sahəsində böyük təcrübəsi var və BƏƏ bundan faydalanmaq niyyətindədir. Biz iqtisadi əlaqələrə, xüsusi ilə birgə investisiyalara daha çox fikir verəcəyik. Azərbaycan tərəfinin təklif etdiyi sahələrə investisiya yatırmağa hazırıq”.

İclasın sonunda müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı əhatə edən protokolu imzalanıb. Sənəd kənd təsərrüfatı, sənaye-energetika, informasiya texnologiyaları, nəqliyyat, ticarət, investisiyalar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR