Novruz Məmmədov: “Avropa ölkələri miqrant böhranı ilə bağlı ümumi razılığa gələ bilmir”

Novruz Məmmədov: “Avropa ölkələri miqrant böhranı ilə bağlı ümumi razılığa gələ bilmir”
# 30 sentyabr 2015 12:15 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Bir sıra geosiyasi aktorlar- xüsusilə BBC, Euronews və s. Avropada miqrant-qaçqın böhranı ilə bağlı böyük reportajlar təqdim edir. Bu reportajlarda əsasən miqrant-qaçqın böhranının indiki vəziyyətindən danışılır. Amma Avropa ölkələrində hələlik ümumi mövqe ilə bağlı razılığa gəlmək mümkün olmayıb”.

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “twitter” hesabında yazıb.

Qeyd edək ki, Avropa İttifaqı II Dünya müharibəsindən indiyədək ən ağır miqrant-qaçqın böhranı ilə üzləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR