“DəmirBank” “DəmirTaksit” kart sahiblərini mükafatlandıracaq

“DəmirBank” “DəmirTaksit” kart sahiblərini mükafatlandıracaq
# 04 mart 2015 08:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank” mart ayı ərzində “DəmirTaksit”lə məbləğ olaraq ən çox nağdsız əməliyyat aparmış ilk səkkiz müştərisini mükafatlandıracaq.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “DəmirTaksit”lə mart ayı ərzində ən çox nağdsız əməliyyat aparmış ilk 8 nəfərə televizor, notebook, fotoaparat kimi hədiyyələr təqdim ediləcək. “DəmirBank” eyni zamanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə 6, 7, 8 mart tarixlərində “DəmirTaksit” kartı ilə əməliyyat aparmış xanımlara xərclənən məbləğlərin 8%-ni hədiyyə olaraq onların balanslarına geri qaytaracaq.

Qeyd edək ki, 35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR