ABŞ İŞİD-in dörd əsas lideri barədə məlumata görə 20 mln dollar mükafat vəd edib

ABŞ İŞİD-in dörd əsas lideri barədə məlumata görə 20 mln dollar mükafat vəd edib
# 05 may 2015 23:34 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət Departamenti İŞİD terror qruplaşmasının dörd əsas lideri barədə məlumata görə 20 mln dollar mükafat vəd edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumata əsasən, Abd əl Rəhman Mustafa əl Kaduli barəsində dəqiq məlumata görə 7 mln dollar, Əbu Məhəmməd əl Ədnani və Tərxan Taymurazoviç Batiraşvili barəsində hər birinə görə 5 mln dollar, Tarik bin əl Falih əl Avni əl Harzi barəsində dəqiq məlumata görə isə 3 mln dollar mükafat veriləcəyi vəd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR