“AccessBank” aktivlərini artırıb

“AccessBank” aktivlərini artırıb
# 24 oktyabr 2014 08:19 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin III rübündə “AccessBank”ın aktivlərinin həcmi 970,388 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,20% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 36,76% artaraq 765,661 mln. manata olub.

Bu ilin 9 ayında kredit portfelində istehlak kreditlərinin payı 87,740 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27,55% çoxdur.

Bankda ipoteka kreditlərinin həcmi cəmi bir ildə 72,19% artaraq 26,278 mln. manata çatıb.

Bu ilin yanvar-sentyabr aylarında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,49 dəfə artaraq 6,427 mln. manat olub ki, bu da mövcud kredit portfelinin cəmi 0,84% ni təşkil edir.

2013-cü ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə bankın depozit portfeli 46,49% artaraq 270,229 mln. manata çatıb, əhalinin əmanətlərinin həcmi isə 191,974 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 53,15% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 33,96% artaraq 158,296 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 85 mln. manat təşkil edib.

Bankın gəlirləri oktyabr ayının 1-nə 132,340 mln. manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 32,70% çoxdur, xərclər isə 27,46% artaraq 91,409 mln. manat olub.

Cari ilin ilk doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 32 mln. 101,78 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 42 filialı, 58 bankomatı, 423 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR